Yuxarı

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib.

Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub:

"Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.
Eyni zamanda, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın “təqsirsizlik prezumpsiyasını” qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib. Belə ki, guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrup bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib.

Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrup qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub".

Tarix
2025.03.14 / 08:26
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla