Yuxarı

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflərin birgə yaydıqları bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib. Görüşdə iştirak edən 3 ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar. Aydındır ki, çağırışın ünvanı Amerika Birləşmiş Ştatlarıdır. Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən ABŞ-dır. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, tərəflər məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər:

“Bu o deməkdir ki, Moskva, Tehran və Pekin ABŞ-la mübarizədə səylərini birləşdirməyə qərar veriblər. ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyərkən, qarşısında daha böyük ittifaq görmüş olur. Vaşinqtonun bu ölkələrin hər biri ilə problemləri mövcuddur. Vaşinqton Moskvaya təzyiq edir ki, Ukrayna ilə atəşkəsə razılaşsın, Tehrana təzyiq edir ki, nüvə çalışmalarından və bölgədəki silahlı qrupları dəstəkdən əl çəksin, Pekinə təzyiq edir ki, idxal-ixrac əməliyyatlarını balanslaşdırsın, o cümlədən hərbi gücünü artırmaqla qonşu ölkələrə təhlükə yaratmasın.

Moskva atəşkəsə razılaşmaq istəmir, Tehran nüvə çalışmalarından əl çəkmir, Pekin isə iqtisadi gücünü hərbi gücünü artırmağa yönəldib. Təsadüfi deyil ki, Çinin bölgədə artan gücündən ABŞ və qonşu ölkələrlə yanaşı Böyük Britaniya da narahat olmağa başlayıb. Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, London Çinin Cənubi Çin dənizindəki "təhlükəli və sabitliyi pozan" fəaliyyətindən narahatdır. “Biz Çinin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan fəaliyyətlərindən narahatıq” deyən Lemmi X profilindəki yazısında bildirib ki, “Böyük Britaniya və dünya iqtisadiyyatı bu ticarət yollarının təhlükəsizliyindən asılıdır”. Bu arada, ABŞ və Yaponiyadan sonra Böyük Britaniya da Filippinlə müdafiə və regional təhlükəsizlik sahəsini əhatə edən çərçivə sazişi imzalayıb”.

Tarix
2025.03.14 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ çağırış etdi: İranı Azərbaycan vasitəsilə tərk edin!

İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari

Bütün azərbaycanlı qardaşlarıma... - Ərdoğan

Türkiyə MN Azərbaycanı təbrik etdi

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət etdi

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla