Yuxarı

Qanunsuz ov ətləri ilə bağlı restoranlara son xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz ov ətlərinin istifadəsi və satışı ilə bağlı restoranlara son xəbərdarlıq edilib.

Bu barədə Axar.az-a IDEA İctimai Birliyindən məlumat verilib.

İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışına, həmçinin sanitar-gigiyenik tələblərə uyğunluğuna nəzarət məqsədilə IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 581 qida obyektində monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib.

Belə ki, Bakı şəhərində 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib. Ümumilikdə, monitorinqlər zamanı sözügedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə “Qırmızı kitab”a daxil edilmiş turac və tirəndaz (oxlu kirpi) ətləri aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri çərçivəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılıb, həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb.

Eyni zamanda, aparılmış nəzarət tədbirləri çərçivəsində aşkar edilmiş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Hazırda müayinələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlər zamanı 7 obyektdə aşkar edilmiş “Qırmızı kitab”a daxil edilən tirəndaz (oxlu kirpi) və turac ətləri ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri araşdırma aparılır.

Tarix
2025.03.14 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla