Yuxarı

Bu, dünyanın Ağ Evin qərarlarından asılılığını göstərir - Əliyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, dünyanın Ağ Evin qərarlarından asılılığını göstərir - Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın dövründə ABŞ ilə güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxdığını bildirib.

Axar.az xəbər verir ki, “Avronyus” telekanalına müsahibəsində dövlət başçısı vurğulayıb ki, geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmaq lazımdır:

“Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan tərəfi ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirib:

“Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.

Tarix
2025.03.14 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla