Yuxarı

Nazirlik ixtisarlarla bağlı xəbərlərə münasibət bildirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik ixtisarlarla bağlı xəbərlərə münasibət bildirdi

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan İnvestisiya Şirkəti ASC-nin (AİŞ) əməkdaşları ixtisara salınmır və onlar fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxsin və Azərbaycan İnvestisiya Şirkəti ASC-nin (AİŞ) birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu publik hüquqi şəxs (ABİF) yaradılıb:

"Fond SİF-in və AİŞ-in hüquqi varisidir, onların hüquq və öhdəlikləri, bütün əməkdaşları, həmçinin əmlakı Fonda keçir. SİF və AİŞ-in əməkdaşlarının heç biri ixtisara salınmır və fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər".

Qeyd edilib ki, ölkə Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə Fondun Müşahidə Şurası yaradılıb. Nazirlikdən bildirilib ki, hazırda ABİF-in fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görülür.

Tarix
2025.03.14 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla