Yuxarı

Kabinetlərdə oturaraq bəzi şeyləri görmürük - Baş nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov Milli Məclis üzvlərinin iqtisadi məsələlərin daha geniş məşvərət məclisində müzakirə edilməs təklifini qəbul edib.

Axar.az xəbər verir ki, təklif parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatın təqdimatında irəli sürülüb.

"Hökumət üzvləri, hökumətdə təmsil olunan nazirliklərin, dövlət komitələrinin və agentliklərinin nümayəndələri ölkə Prezidentinin tapşırıqları ilə qarşımıza qoyulmuş hədəflərə çatmaq üçün bəzi məsələləri dəfələrlə müzakirə edirlər, onlara İqtisadi Şurada baxılır. Təklif edildi ki, məsələlər daha geniş məşvərət məclisində iqtisadçı alimlərin, ümumiyyətlə, təcrübəsi olan şəxslərin iştirakı ilə müzakirə edilsin. Bu təklifi qəbul edirəm. Yəqin ki, bu barədə Milli Məclisə məlumat çatdırılacaq. Təbii ki, sizin də işiniz çoxdur, bizim də vaxtımız o qədər çox deyil. İldə iki dəfə və yaxud rübdə bir dəfə mümkün qədər yığışıb bəzi məsələləri müzakirə edərik. Təbii olaraq kabinetlərdə oturaraq bəzi şeyləri görmürük, sizlər yerlərdə olaraq birbaşa seçiçilərlə təmasda olaraq, bizim görmədiyimiz məsələləri çatdıra bilərsiniz", - deyə o qeyd edib.

Tarix
2025.03.14 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla