Yuxarı

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Axar.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib.

Bundan başqa, Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması və dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi baxımından da zəruridir. Eləcə də dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması sahəsində yeni çağırışlar da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin sistemli və davamlı şəkildə aparılmasını şərtləndirir.

İclasda Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilmiş yeni üzvləri təqdim olunub, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdən keçirilib.

İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatların korrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Komissiyanın Reqlamenti və növbəti dövr üçün iş planı təsdiq edilib.

Tarix
2025.02.06 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla