Yuxarı

FHN hava ilə bağlı əhaliyə təkrar müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişərək, soyuq, qeyri-sabit və yağıntılı hava müşahidə olunur, yağıntılar bəzi ərazilərdə intensiv xarakter daşıyır, güclü külək əsir. Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və həmin fəsadların operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri tədbirlər görülüb.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, kəskin, küləkli və yağıntılı hava şəraitinin yaxın günlərdə davam edəcəyi, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!" - deyə müraciətdə vurğulanıb.

Tarix
2025.02.07 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin səfərinin ardınca Sübhanini “önə verən” kimdir?

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı

Sumqayıtda bu məscidlər sökülüb? - Rəsmi açıqlama

Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...

Cəlal Arutyunyana hökm oxundu

Sərhədçilərimiz müşahidəçiləri belə izləyir - Video

Bu ölkə prezidentləri Bakıya gəlir - Forum olacaq

Yerusəlim Post: İranın “ümidi” Ermənistandır

Eurasianet: Paşinyan Bakının əli ilə “meyvə” qoparmaq istəyir

Kreml Rus Evinin bağlanmasına reaksiya verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla