Yuxarı

235 nəfər cinayət məsuliyyətinə cəlb edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
235 nəfər cinayət məsuliyyətinə cəlb edildi

2025-ci ilin yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib.

Axar.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilin yanvar ayının yekununa dair məlumatında qeyd olunub.

Bildirilib ki, onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir.

Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından3-ü İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olüb.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilib.

Tarix
2025.02.19 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla