Yuxarı

Daha bir merdən Xocalı soyqırımı ilə bağlı bəyannamə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir merdən Xocalı soyqırımı ilə bağlı bəyannamə - Foto

ABŞ-ın Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper 26 fevral 2025-ci il tarixinin Xocalı soyqırımının 33-cü ildönümü kimi anılması barədə bəyannamə imzalayıb.

Axar.az xəbər verir ki, bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız insanın amansızlıqla qətlə yetirildiyi qeyd edilib. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Xocalı soyqırımının dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsi və onların tolerantlığının vacib olduğu diqqətə çatdırlıb.

Bəyannamə Floridada fəaliyyət göstərən Amerika Azərbaycan Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovaya təqdim edilib.

2021-ci ildə ABŞ-ın Florida ştatında yaradılan Amerika Azərbaycan Gənclər Assosiasiyası Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Tarix
2025.02.24 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla