Yuxarı

Siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” otelində dəyirmi masa təşkil olunub.

Axar.az xəbər verir ki, dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

Tədbirdə çıxış edən dövlət orqanlarının nümayəndələri – Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Mərkəzi Seçki Komissiyası sədrinin birinci müavini Rövzət Qasımov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər barəsində ətraflı məlumatlar veriblər. Tədbirdə siyasi partiya üzvlərinin reyestrinin aparılması, bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər, siyasi partiyaların seçkilərdə fəal iştirakı, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər geniş müzakirə olunub.

Daha sonra siyasi partiya (Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev), elm (AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadə) və media (“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu) nümayəndələri çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini ifadə edib, cəmiyyəti narahat edən məsələlərin daha səmərəli həllinin tapılmasında siyasi partiyaların rolunu vurğulayıblar.

Tədbir iştirakçıları birmənalı olaraq bəyan ediblər ki, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması zəruridir. Tədbirdə çıxış edən siyasi partiyaların sədrləri və təmsilçiləri ümummilli məsələlərdə hər zaman açıq əməkdaşlığa hazır olduqlarını bildirərək cəmiyyətin parçalanmasına yönəlmiş istənilən təxribatı sərt şəkildə qınayıblar.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi təsisatın belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını dilə gətiriblər.

Tədbirdə bu siyasi partiyalar iştirak edib: YAP, VHP, BQP, Ana Vətən, ƏHD, DİP, ADMP, MCP, AMİP, BAP, REAL, HƏP, Ümid, ADP, AXP, Vəhdət, Ədalət, KXCP, MDHP, AĞ, Müasir Müsavat, GAP, Yeni Zaman.

Tarix
2025.02.25 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Altunla nələri müzakirə etdi?

Hikmət Hacıyev Hakan Fidanla görüşdü - Foto

Baş nazirdən qərar: Bu şəxslərə kompensasiya ödəniləcək!

Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı...

Bakı və İrəvan arasında sülh... - Arakçı

Maraqlı qadağa: Putinə olar, rus xalqına yox

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla