Yuxarı

ADU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

Fevralın 26-da Azərbaycan Dillər Universitetində Xocalı faciəsinə həsr edilmiş “Qisasın alındı, azad Xocalı” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Erməni vandalları tərəfindən törədilən bu cinayət insanlıq adına böyük ləkədir. Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini daim əziz tutacaq:

“Xocalı bizim əzəli və əbədi yurdumuzdur. Bu gün qalib xalq kimi öz doğma torpaqlarımıza qayıtmağın təntənəsini yaşayırıq. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanın müdrik siyasətinə, iradəsinə və cəsarətinə borcluyuq. Xocalı faciəsi əbədi olaraq yaddaşımızdadır. Bu soyqırım təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün insanlığa qarşı törədilmiş cinayətdir. Azərbaycan Ordusu 44 gün ərzində şanlı qələbə qazanaraq tarixi uğura imza atdı və şəhidlərimizin qısasını aldı.

Xocalı qurbanlarının ruhu şaddır, onların qanı yerdə qalmadı. Bu gün Azərbaycan xalqı inamla, ümidlə və şövqlə yenidən öz doğma yurduna, elinə, obasına qayıdır. Bu gün Xocalı yenidən qurulur, Xocalıya həyat qayıdır. Bu gün dünya Azərbaycan həqiqətlərinə, prinsiplərinə və mövqeyinə daha çox inanır”.

Daha sonra Xocalı soyqırımı ilə bağlı hazırlanan videoçarx izlənilib.

ADU-nun Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova “Xocalı faciəsinə beynəlxalq reaksiya” mövzusunda məruzə ilə çıxış edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı mövqeyi şərh olunub.

Tədbir tələbələrin hazırladığı “Qisasın alındı, azad Xocalı” adlı bədii hissə ilə sona çatıb.

Tarix
2025.02.27 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Bakı və İrəvan arasında münasibətlərin… - Nauseda

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla