Yuxarı

Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət veriblər.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edilmiş, çıxış üçün dövlət ittihamçısının vaxt verilmişdi.

Vəkil qeyd edib ki, bundan əvvəlki iclaslarda Arif Rəhimzadənin dindirilməsi ilə bağlı vəsatətləri olub: "Amma məhkəmə vəsatəti baxılmamış saxlayıb, əsas şahidlər dindiriləndən sonra bu vəsatətə baxılacağı qeyd olunub. Bizim onun dindirilməsi barədə vəsatətimiz olacaq".

Vəkil həmçinin yarışlarda alınan məhsulların təhvil-təslim aktının olduğunu deyib. O, bəzi sənədləri məhkəməyə təqdim etmək istədiyini söyləyib.

Vəkil həmçinin bildirib ki, ibtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub: "Çingizin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çingizin anası vəfat edəndən sonra vərəsəlik məsələsi ortaya çıxıb".

Vəkil qeyd edib ki, şirkətin əsas direktoru başqası olub, Çingiz Mehdiyev isə orada icraçı vəzifəsini daşıyıb: "Biz xahiş edirik, məhkəmə istintaqının təzələnməsini istəyirik. Vəsatətlərimiz olacaq, işi yarımçıq saxlmayaq".

Dövlət ittihamçısı Orxan Səmədov məhkəmə istintaqının təzələnməsinəçetiraz edib. Yerində müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib.

Daha sonra ittihama nitqi ilə çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı Orxan Səmədov ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin əməlinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin dəyişdirilməsinin, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib kix təqsirləndirilən şəxsin əmlakların üzərinə xüsusi müsadirə olunması barədə həbs qoyulub, məhkəmə hökm çıxaran zaman bu məsələni də həll etməlidir.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.

İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Tarix
2025.03.03 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla münasibətlərin normallaşdırılması... - Ərdoğan

Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

Səfir Hikmət Hacıyevlə görüşdü

Azərbaycanın dərinlikləri belə vuruldu – Araikdən etiraf

Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

Erməni general Bakıda sirləri açır: Müharibədən 7 gün öncə...

2020-nin iyununda Paşinyandan xahiş etdim ki... - Arutyunyan

Bayramov BMT rəsmisi ilə görüşdü

İlham Əliyevə məktub yazmaq istədim, qoymadı... - Arutyunyan

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla