Yuxarı

Avtomobil almaq istəyənlərə xoş xəbər: 10 martdan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayı və Novruz bayramı ərəfəsində Azərbaycanda rəsmi avtomobil dilerləri müştərilər üçün müxtəlif güzəştlər və endirim kampaniyaları təqdim edirlər. Hazırda bir sıra avtomobil markaları üçün əlverişli şərtlərlə satış imkanları yaradılıb. Bəs bu kampaniyalar hansı üstünlükləri təklif edir və hansı modellərə şamil olunur?

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev endirim kampaniyaları ilə bağlı Yenisabah.az-a danışıb:

“Azərbaycanın rəsmi avtomobil dilerləri Ramazan ayı və Novruz bayramı ərəfəsində müştərilər üçün müxtəlif kampaniyalar təqdim edirlər. Hazırda bir çox şirkət tərəfindən endirimlər və güzəştli şərtlər təklif olunur.

Bu kampaniyalar arasında Ramazan ayına özəl olaraq faizsiz kredit imkanları, 2000 manatdan başlayan endirimlər, eləcə də üzv dilerlər tərəfindən ilkin ödənişsiz kredit şərtləri yer alır. Bundan əlavə, bəzi dilerlər servis xidmətlərində endirimlər və aksesuar hədiyyələri kimi əlavə üstünlüklər də təqdim edirlər”.

E.Əliyev digər avtomobil şirkətlərinin kampaniyalara qoşulma vaxtını da açıqlayıb:

“Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasına üzv olan rəsmi dilerlər hazırda aktiv kampaniyalar həyata keçirsələr də, bəzi şirkətlər 10-12 mart tarixlərindən etibarən endirim proqramlarına start verməyi planlaşdırırlar. Hazırda isə ölkədə təxminən 6-7 rəsmi avtomobil dileri bu kampaniyaları reallaşdırır.

Avtomobil almağı planlaşdıranlar üçün bu fürsətlər həm maliyyə baxımından sərfəli seçimlər yaradır, həm də müxtəlif modellər üzrə daha uyğun şərtlərlə avtomobil sahibi olmaq imkanı təqdim edir”.

Tarix
2025.03.03 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla münasibətlərin normallaşdırılması... - Ərdoğan

Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

Səfir Hikmət Hacıyevlə görüşdü

Azərbaycanın dərinlikləri belə vuruldu – Araikdən etiraf

Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

Erməni general Bakıda sirləri açır: Müharibədən 7 gün öncə...

2020-nin iyununda Paşinyandan xahiş etdim ki... - Arutyunyan

Bayramov BMT rəsmisi ilə görüşdü

İlham Əliyevə məktub yazmaq istədim, qoymadı... - Arutyunyan

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla