Yuxarı

Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar… - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb.

Axar.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı məlumat yayıb.

Qeyd edilib ki, mərkəzdə monitorinqlər ombudsman Səbinə Əliyevanın tapşırığı ilə “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupu tərəfindən aparılıb.

Qeyd edilib ki, İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunları əsasında təşkil olunmuş monitorinqinin məqsədi bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq olub.

Cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən və polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin həmin Mərkəzdə psixiatrik ekspertizaya cəlb edilməsi zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş hüquqlarının təmini məsələləri öyrənilib.

İşçi qrupun həkim üzvünün də iştirak etdiyi monitorinq zamanı Mərkəzin ambulator və stasionar şöbələrinə, inzibati binasına, komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib.

Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbulu ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri Mərkəz rəhbərliyinə təqdim edilib, ölkə qanunvericiliyində və beynəlxalq sənədlərdə əks olunmuş müvafiq tələblər diqqətə çatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Tarix
2025.03.03 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla münasibətlərin normallaşdırılması... - Ərdoğan

Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

Səfir Hikmət Hacıyevlə görüşdü

Azərbaycanın dərinlikləri belə vuruldu – Araikdən etiraf

Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

Erməni general Bakıda sirləri açır: Müharibədən 7 gün öncə...

2020-nin iyununda Paşinyandan xahiş etdim ki... - Arutyunyan

Bayramov BMT rəsmisi ilə görüşdü

İlham Əliyevə məktub yazmaq istədim, qoymadı... - Arutyunyan

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla