Yuxarı

Xocavənddə 23 yaşlı gəncin əlində qumbara partladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocavənddə 23 yaşlı gəncin əlində qumbara partladı

14:19

Xocavənd rayonunda hərbi sursat partlayıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət almışdır.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

Xocavənd rayonunda əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində xəsarət alan şəxsin sol əlinin barmaqları ambutasiya ediləcək.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

"Martın 5-i saat 13:30-da Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sol əlinin birinci, ikinci və üçüncü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

Tarix
2025.03.05 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla