Yuxarı

Xankəndiyə bahar gəlir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndiyə bahar gəlir - Foto

Xankəndiyə bahar gəlir. Baharda vətənimizin hər yerində olduğu kimi, Xankəndi də al-əlvan gül-çiçəyə bürünüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, şəhərdə yazqabağı təmizlik işlərinə başlanıb.

Sakinlərin ən çox üz tutduqları istirahət məkanlarında abadlıq işləri ilə yanaşı, yeni güllər əkilir. İstər şəhərin mərkəzi parkında, istərsə də ətraf ərazilərdə əkilən gül-çiçəklər qədim Xan yurduna əlavə gözəllik, təravət gətirir.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan ordusu Xankəndini azad edib 35 illik həsrətdən sonra bizləri arzularımızın, xəyallarımızın şəhərinə qovuşdurdu.

İki ildir ki, Xankəndi şəhərinə bahar təravətli yaz gəlir, gülə-gülə, fərəhlə, qürurla. Bu bahar xan yurdunda şəhərin daşı da, qayası da, küçələri də abadlaşmağa, gözəlləşməyə başladı, ruhu təmizləndi.

Tarix
2025.03.10 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla