Yuxarı

Dünyada qadın liderlərə böyük ehtiyac var - Novak

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada qadın liderlərə böyük ehtiyac var - Novak

Dünya əhalisinin 75 faizi doğuş sayının normal səviyyədən aşağı olduğu ölkələrdə yaşayır. Cənubi Koreyada hər 20 ildə doğuşların sayı 50 faiz azalır. Hazırda orada bu rəqəm 0,5 faiz səviyyəsindədir.

Axar.az Apa-ya istinadən xəbər verir ki, bunu "Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun Yaradılması" mövzusunda təşkil olunan paneldə Macarıstanın sabiq prezidenti Katalin Novak söyləyib.

Onun qənaətincə, dayanıqlı qlobal iqtisadiyyatın təməli demoqrafik artımdan keçir:

"Biz bu forumlar sayəsində başa düşürük ki, dünyada qadın liderlərə böyük ehtiyac var. Bu artıq faktdır ki, dünyada gedən proseslərə yalnız güclü liderlər təsir göstərə bilər. Bu gün qlobal şəkildə doğum hallarının sayı azalır. Doğum sayında dünya üzrə 10 faiz azalma var və bunun təsirlərini yaxın dövrdə bütün dünya görəcək. Bu gün Şimali Makedoniyada doğuşların faiz nisbəti 1,45 faiz təşkil edir. Dünya əhalisinin 75 faizi doğuş sayının normal səviyyədən aşağı olduğu ölkələrdə yaşayır. Cənubi Koreyada hər 20 ildə doğuşların sayı 50 faiz azalır. Hazırda orada bu rəqəm 0,5 faiz səviyyəsindədir. AB ölkələri bu məsələni qaldırmalıdır. Eyni zamanda miqrasiya məsələlərinə də diqqət yetirilməlidir. Çünki dünyada miqrasiyanın həcmi kifayət qədər böyükdür. Bu gün dünyada ailə faktorunu nəzərə alan siyasət həyata keçirilməlidir. Biz iqlim dəyişikliyi məsələsini qabardırıq, lakin bilməliyik ki, dayanıqlı qlobal iqtisadiyyatın təməli demoqrafik artımdan keçir. Bir çox dünya ölkələrində doğum sayı ailənin strukturundan asılıdır və onlarda tarixən mövcud olan ailə adət-ənənələri artıq qəbul edilmir. Əlbəttə ki, biz gənclər arasında doğuş sayının artırılmasının vacibliyi yönündə təbliğat aparmalıyıq".

Tarix
2025.03.13 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla