Yuxarı

Güneyli soydaşımız üçün kampaniya başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəallar Qəzvində yaxalanan Suheyla Kargərin azadlığa buraxılması tələbi ilə Teleqram sosial şəbəkəsində imzatoplama kampaniyasına başlayıblar.

Axar.az Günaz TV-yə istinadən xəbər verir ki, artıq kampaniyaya minlərlə insan qoşulub.

Qeyd edək ki, S.Kargər Güney Azərbaycanın Qəzvin şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, özlərini elektrik sayğacını yoxlayan şəxs kimi təqdim edən ETTELAAT əməkdaşları evə daxil olduqdan sonra fəalı yaxalayıb və onu döyərək əllərinə qandal vurublar. Qanunsuz olaraq evə girən ETTELAAT əməkdaşları axtarış aparıb və azərbaycanlı fəala aid bir çox şəxsi əşya, o cümlədən kompüter, mobil telefon, fləş kart, CD və bir neçə kitabı özləri ilə aparıblar. Mayın 15-də yaxalanan fəal Evin zindanına salınıb.

Kompüter mühəndisi olan S.Kargər son seçkilərdə İran parlamentinə Qəzvindən öz namzədliyini irəli sürmüşdü. Namzədliyi qanunsuz olaraq qeydə alınmayan fəal bundan qısa müddət sonra naməlum səbəbdən tutuqlanıb.

İmzatoplama kampaniyası bu link vasitəsilə aparılır.

telegram.me

Tarix
2016.05.27 / 18:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla