Yuxarı

Daşkəsəndə dava: Stəkanla özünü doğradı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayon sakini qolunu kəsici alətlə kəsərək özünə xəsarət yetirib.

Region TV-nin verdiyi məlumata görə, rayon sakini 1983-cü il təvəllüdlü Anar Məmmədov qolunun müxtəlif nahiyələrinin kəsilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, A. Məmmədov rayonun Quşçu kəndində olan kafelərin birində stəkan sındırdığına görə həmkəndliləri tərəfindən döyülüb və o, bundan hiddətlənərək özünə xəsarət yetirib. Daha sonra o, Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Həkim Zabit Vəliyev bildirib ki, A.Məmmədov qolunun sol sait nahiyəsinə çoxsaylı kəsilmiş yara xəsarətləri yetirib:

"Xəstə qəbul olunduqdan sonra yaralar birinci cərrahiyyədə işləndi. Sarğı qoyulduqdan sonra ambulator müalicəyə göndərildi".

Zərərçəkənin atası Zirrəddin Məmmədov deyib ki, evdə oturub xəbər izləyən zaman oğlunun döyülməsi haqda ona məlumat veriblər: "Evdə xəbərlərə baxırdım. Bir də dedilər ki, Anarı aşağıda döyüblər. Gəldik ki, qan aparır. Camaatda başına yığılıb".

A.Məmmədovun anası Çiçək xanım oğlunun ona danışdıqlarını isə belə anladıb:

"Özü ara-sıra danışırdı. Dedi mən çayxanada çay içirdim. Vüqar gəlib mənim başıma vurdu. Ordada bir Niyaz var, əvvəllər polisdə işləyib, indi təqaüdə çıxıb. Onunla ikisi birləşdi, məni döydü. Yatan özü dəqiqini bilir. Mən gələndə gördüm ki, qan içindədir. Qolunu da sarıyıblar".

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.05.31 / 11:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla