Yuxarı

Babək Rzayev həbsdən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babək Rzayev həbsdən azad edildi

Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Babək Vahid oğlu Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Babək Rzayevin şikayəti üzrə qərar verilib.

Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.

Həmçinin onun barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.

Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.

O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.04.01 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla