Yuxarı

Bu il neçə erkən evliliyin qarşısı alınıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin ilk üç ayında 8 erkən evlilik halının qarşısı alınıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə, eləcə də, Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə ümumilikdə 15 erkən evlilik halı ilə bağlı işlər aparılıb.

"Nəticədə, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 8 erkən evlilik halının qarşısı alınıb, 5 erkən evlilik halı ilə bağlı aidiyyəti qurumlara məsələnin araşdırılması üçün məktub göndərilib", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. (Uşaq Hüquqları Konvensiyası, maddə 1.) Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Tarix
2025.04.03 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla