Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
02:25
Ana səhifə Toplum |
Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti Bakı SOS Uşaq Kəndini ziyarət edib.
Axar.az xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müəllimi Ülfan Mirzəzadə həmin universitetin Pedaqoji (ingilis-fransız) fakültəsinin 225b qrup tələbələri ilə kimsəsiz uşaqlara himayədarlıq edən Bakı SOS Uşaq Kəndinə baş çəkib.
Valideyn himayəsindən məhrum olmuş bu uşaqlar qonaqları böyük sevinclə qarşılayıb, onlara şeirlər deyib, mahnılar oxuyub.
Daha sonra Ülfan Mirzəzadə və tələbələr uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Tarix
2016.06.01 / 13:48
|
Müəllif
Dilarə Zamanova
|