Yuxarı

Bakıda avtobus abadlıq işçilərini vurdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişin avtobusu yol abadlığı ilə məşğul olan texnikaya çırpılıb, "Bakı Abadlıq Xidməti" MMC-nin iki əməkdaşı ağır yaralanıb.

Musavat.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 171 saylı xətt üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusu "Bakı Abadlıq Xidməti"nə məxsus elektromobilə çırpılıb.

Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər - İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr aparılıb. Elektromobil avtobusun altında qaldığından, onu oradan çıxarmaq çətinlik yaradıb.

Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.06.01 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla