Yuxarı

Rus ordusundan dəhşət: küçələr meyitlə doludur - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusundan dəhşət: küçələr meyitlə doludur - Video

12:46

Rusiya ordusu Ukraynanın Sum şəhərinə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Sum Şəhər Şurasının katibi Artyom Kobzar məlumat yayıb.

“Düşmən yenə mülki əhaliyə hücum etdi. Bu gün endirilən zərbələr nəticəsində 20 sakin həlak olub. Dağılan binalar da var”, - Kobzar bildirib.

***

Sum şəhər prokurorluğunun verdiyi məlumata görə, raket zərbələri nəticəsində 34 nəfər yaralanıb. Yaralılardan 5-i azyaşlıdır.

***

Ukrayna Daxili İşlər naziri İqor Klimenko bildirib ki, hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılardan 7-si azyaşlıdır.

“Raket zərbələri şəhərin mərkəzi küçələrinə, ictimai nəqliyyat vasitələrinə və binalara endirilib”, - o deyib.

***

Ukrayna Fövqəladə Hallar Nazirliyi Sum şəhərinin mərkəzinə raket zərbələri nəticəsində ölənlərin sayının 31-ə qalxdığını açıqlayıb. Ölənlərdən ikisi uşaqdır.

Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

***

Rusiyanın Sumın mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilb ki, saat 18:00-a olan məlumata görə, 2-si uşaq olmaqla 34 nəfər ölüb, 15-i uşaq olmaqla 117 nəfər yaralanıb.

Tarix
2025.04.13 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla