Yuxarı

Quranda “kafir”in mənası: “əkinçi”, “nankor”...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quranda “kafir”in mənası: “əkinçi”, “nankor”...

Bu insanlar düşmən axtarışındadır. Ona görə kimin fikirlərini bəyənmirsə, onu kafir hesab edir. Bu allahlıq iddiasına düşməkdir, çünki bu hökmü Allah verməlidir, bəndə yox.

Axar.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri Teleqraf-a geniş müsahibəsində deyib.

“Peyğəmbər heç kimə kafir deməyib, heç kimi təkfir etməyib. Quranda “kafir” dedikdə həqiqətin üstünü bilərək örtənlər nəzərdə tutulur. Quranda bu sözün müxtəlif mənaları var, “nankor” mənasında da işlədilir, “əkinçi” mənasında da. Ancaq onlar isə bir mənanı nəzərdə tutur, Quranın mahiyyətinə varmırlar. Onlar “kafir” sözünü təhqir mənasında deyirlər, halbuki Peyğəmbər heç kimi təhqir etmirdi. Quranda Peyğəmbərə müraciətlə göndərilmiş bir ayədə deyilir ki, əgər sən qaba və sərt olsaydın, onlar sənin yanında qalmaz, çıxıb gedərdilər.

Allah insanlara seçim hüququ verir, misal üçün “Kəhf” surəsində deyir ki, istəyən iman gətirsin, istəyən kafir olsun. Allahın verdiyi seçimi insanların əlindən almaq Allaha qarşı gəlməkdir.

Bir adamı kafir adlandırırlarsa, bu məzhəbə görə, o öldürülməlidir, arvadı da ondan boşanmalıdır, ondan miras qala bilməz, onun malı halaldır, o müsəlman qəbiristanlığında basdırıla bilməz...” - deyə ilahiyyatçı bildirib.

Tarix
2025.04.15 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla