Yuxarı

DSMF-yə yeni sədr təyin olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSMF-yə yeni sədr təyin olundu - Foto

Zəka Aqil oğlu Mirzəyev​ Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini, 2007-ci ildə isə aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Tarix
2025.04.16 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla