Yuxarı

Hacı Mazan otelini qardaşı oğlundan aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Mazan otelini qardaşı oğlundan aldı

"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalov özünə məxsus "Viləş Palas Hotel"in qanuni təmsilçisini dəyişib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Vüqar Məhərrəməli oğlu Zeynalov "Viləş Palas Hotel" MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Samir Eldar oğlu Bağırlı gətirilib.

Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.

Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palas Hotel" MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi "Viləş Palas Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub.

Tarix
2025.04.16 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla