Yuxarı

FHN nümayəndəsi Efiopiyada səfərdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN nümayəndəsi Efiopiyada səfərdədir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Efiopiya Federativ Demokratik Respublikasına səfər çərçivəsində 17 aprel 2025-ci il tarixində Efiopiyanın Fəlakət Risklərinin İdarə edilməsi Komissiyasının komissarı Şiferau Teklemariam ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verilib, ikitərəfli və beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Efiopiya rəsmisi ölkəsinin fövqəladə halların idarə olunması sahəsində Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib, Azərbaycanın bu sahədə qazandığı təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Komissara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tərəfdaş ölkələrin nümayəndələri üçün xüsusi tədris proqramlarının təşkili imkanları barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Afrika İttifaqının Efiopiyadakı bir çox üzv dövlətinin səfirləri ilə də görüşlər keçirilib, fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.04.17 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla