Yuxarı

Ekspert: Şərurlu İsfəndiyarın satdığı evlər... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Şərurlu İsfəndiyarın satdığı evlər... - Video

Son günlərin trendinə çevrilən iş adamı (İsfəndiyar Axundov) da problemli bina satışında ilk onluq, hətta ilk beşlikdədir. O cür şəxslərin bazarda açıq şəkildə hamıya meydan oxuya biləcək bəyanatlar verməsi təəssüf doğuran haldır.

Axar.az xəbər verir ki, sözləri əmlak eksperti Ramil Osmanlı Axar TV-yə geniş müsahibəsi zamanı deyib.

“Tutaq ki, bir tikinti şirkəti mənzil tikintisini 5-6-cı mərtəbəyə qədər normal davam edib, sonra problem yaşayıb və tikinti mərhələsi 3-5 il uzanıb. Təbii ki, o binada satış imkanları məhdudlaşır. Məsələn, son günlərin çox məşhur bir iş adamı müzakirə olunur. O adamın tikdiyi binalarla yanındakı binalar arasında 20-30% qiymət fərqi var. Bu, bilavasitə bir fərdin adına bağlı olan məsələdir. Buna “brendləşdirilmə” də deyə bilərik. Son illər populyarlıq qazanan və intensiv şəkildə tikinti işləri ilə məşğul olan bir çox tikinti şirkəti var ki, keyfiyyətli binalar tikməklə yanaşı, heç bir problemlə də qarşılaşmırlar. Ancaq elə tikinti şirkətləri də var ki, nəinki tikinti zamanı, hətta sonrakı mərhələlərdə də problem yaradırlar. Ödəniş və müqavilə şərtləri dəyişir. Müqavilələrin dəyişməsinə görə fantastik məbləğdə pullar istənilir. Gələcəkdə isə qeydiyyat və digər məsələlərdə problem yaranır. Elə də olur ki, başqa və köhnə binada olan lifti gətirib yeni binada quraşdırırlar”, - deyə ekspert bildirib.

Tarix
2025.04.22 / 11:32
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla