Yuxarı

Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir - Deputat

23 aprel tarixi dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESKO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini - keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel tarixi Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür:

"UNESKO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir".

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət xüsusi diqqət yetirir:

"Ölkənin əsas qanunu olan Konstitusiyada müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin Azərbaycanda bu sahənin hüquqi bazası da formalaşdırılıb. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.

Bu əlamətdar günün məqsədi qeyd etdiyimiz kimi, kitabların geniş əhatə dairəsini, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu geniş ictimaiyyət üçün təbliğ etməkdən ibarətdir. İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir. Bu baxımdan, belə bir günün qeyd olunması çox önəmlidir.

Tarix
2025.04.22 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

AB ilə İrəvanın imzaladığı bu sənəd sülh gündəliyinə ziddir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla