Yuxarı

“Bakının Baharı” adlı musiqili tədbir keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakının Baharı” adlı musiqili tədbir keçirildi - Foto

22 aprel 2025-ci ildə Bahar Residence-in dəstəyi ilə Gənclik ərazisində yerləşən, yeni salınmış parkda “Bakının Baharı” adlı musiqili tədbir keçirilmişdir.

Axar.az xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin şəhərsalma irsinə həsr olunmuşdur.

Açıq havada dirijor Mustafa Mehmandarovun rəhbərliyi və Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə milli musiqilər səsləndirilmiş, baharın gəlişi təntənə ilə qeyd olunmuşdur.

Son illər sevimli Bakımızın sürətli inkişafı və gözəlləşən simasına yeni parkların salınması əvəzsiz töhfə vermişdir. Bu kimi təşəbbüslər ekologiyanı gücləndirməklə yanaşı, sosial həyatı zənginləşdirərək sağlam cəmiyyət formalaşdırır. Yaşıllıq sahələrinin genişləndirilməsi və təbii elementlərin müasir yaşayışla harmoniya içində birləşdirilməsi, sakinlərə həm fiziki, həm də zehni sağlamlıq üçün yaxşı bir mühit yaradır, eyni zamanda icma hissini gücləndirir.

Bu istiqamətdə Heydər Əliyev tərəfindən dövründə atılan sağlam təməllər, Bakının bugünkü estetik cəhətdən zəngin və funksional infrastrukturuna sahib olmağına gətirib çıxarmışdır. Tədbir, paytaxtımıza baharı birdəfəlik gətirən bu əvəzolunmaz irsə həsr olunmuşdur.

Qeyd edək ki, paytaxt sakinlərinə şəhərin mərkəzində hər fəsil baharı yaşayacaqları xüsusi bir məkan yaratmağı hədəfləyən Bahar Residence də tədbirdə iştirak etmişdir.

Xatırlatmaq istərdik ki, PMD və Kvan Group şirkətlərinin müştərək layihəsi olan, Bahar Residence 2027-ci ildə istifadəyə veriləcək.

Tarix
2025.04.23 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla