Yuxarı

Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, 8 ədəd sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.

Məlumata əsasən, sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, 5 ədədinin rənginin qara, 3-nün isə ağ olması əsas şərtlərdəndir.

Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.

Qeyd edək ki, dövlət agentliyinə avtomobilləri təhvil verəcək şirkət - “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Ülvi Bəhruz oğlu Həsənovdur.

Tarix
2025.04.24 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ generalı Bakıdan İrəvana getdi

Məni söyən, “Bakıda görüşərik” deyib hədələyənlər...

Azərbaycanın Avropaya inteqrasiya xətti... - Deputat

Azərbaycanla daha bir demarkasiya gözlənilir

Simonyan: Bakıya getməmək qəbuledilməzdir

Heydər Əliyev Mehdiyevə zəng edib, dedi ki... - Bağırov

DTX "kriminal aləm”in nümayəndələrini saxladı - Video

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla