Yuxarı

Bakıda hücum hazırlayan, DTX-nin yaxaladığı Abdulla…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hücum hazırlayan, DTX-nin yaxaladığı Abdulla…

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 12-nə təyin olunub.

Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Tarix
2025.04.28 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla