Yuxarı

Təbiətə 108 min manat ziyan vuruldu, cinayət işi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbiətə 108 min manat ziyan vuruldu, cinayət işi başladı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycanın 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Tarix
2025.04.30 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla