Yuxarı

Bu gündən I sinfə şagird qəbulu başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gündən I sinfə şagird qəbulu başlayır

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

Axar.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may-12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun-12 sentyabrda olacaq.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may-5 iyunda, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun-17 iyulda olacaq.

Müddət bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Tarix
2025.05.01 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla