Yuxarı

Xəbərdarlıq: Bu rayonlarda sürüşmə gözlənilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaz ayları və yayın əvvəlində havaların ifrat rütubətli keçməsi nəticəsində ölkə ərazisində sürüşmə hadisələri fəallaşıb.

Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, ifrat rütubətlənmə həm aktiv, həm də potensial sürüşmə sahələrində gərginliyin artmasına səbəb olub.

Onun sözlərinə görə, bu, xüsusilə özünü Böyük Qafqazın cənub-şərq hissəsində, İsmayıllı, Şamaxı, Xızı, Şabran və qismən də Quba rayonlarında göstərib:

"Daha çox fəallıq Bakı, Şamaxı, İsmayıllı və Şamaxı-Ağsu yollarında müşahidə olunur. Bu günlərdə İsmayıllının Basqal və Sulut kəndləri arasında, həmçinin yolda fəal sürüşmənin baş verməsi həmin zonanın hətta əvvəllər fəal sürüşmə müşahidə olunmayan sahələrinin fəallaşa bilməsini göstərdi. Nəticədə kənd yolu bağlanıb. Çox böyük ərazidə sürüşmə baş verib, digər ərazilərdə isə proseslər indi də fəallaşmaqdadır. Basqal, Sulut, Muğanlı kəndi ilə Ağsuçay dərəsi arasında olan bütün zonada ifrat fəallaşma müşahidə olunur. Belə sürüşmələrin fəallaşması həmçinin Gədəbəy, Daşkəsən, Lənkəran və Lerik rayonlarında da müşahidə olunur. Yağıntıların intensivliyi belə bir müddət də davam edərsə, yaxın zamanlarda sürüşmələri Yardımlı rayonu ərazisində, Quba, Qusar zonasında, Goranboyda gözləmək olar".

E.Əlizadə sürüşmələrin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, son 1 ayda hətta antropogen təsir olan zonalarda sürüşmələrin fəallaşmasının səbəbi burada olan süxurların ifrat rütubətlənməsidir: "Artıq yağıntılar çox düşdüyündən süxurlar rütubətlə doyublar və ağırlıq qüvvəsinin təsiri ilə yamac boyu hərəkət edirlər. Yağıntılar ifrat olmasaydı belə fəallaşma olmazdı".

Direktor müavini əlavə edib ki, Bakıdakı sürüşmə sahələrində aktivləşmə olsa da, ifrat fəallaşma müşahidə olunmur. Onun sözlərinə görə, Bakının sürüşmə ilə bağlı daha təhlükəli zonaları Zığ və Masazırdadır. Həmin ərazilərdə vəziyyətin əvvəlki kimi gərgin olaraq qaldığını deyən E.Əlizadə vurğulayıb ki, digərlərində nisbi fəallaşma var.

Tarix
2016.06.09 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla