Yuxarı

Kəndlərimizə görə Ermənistan komissiya yaratdı, pul ayırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəndlərimizə görə Ermənistan komissiya yaratdı, pul ayırdı

Tavuş vilayətində olan anklav kəndlərimizin qaytarılması istiqamətində daha bir addım atılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası Tavuş vilayətindən olan jurnalist Voskan Sərkisyana istinadla məlumat yayıb.

Bildirilib ki, mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib:

“Qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib. Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir.

Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”.

Vurğulanıb ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlu, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir.

“Təsadüfi deyil ki, son vaxtlar stansiyanın yaxınlığında erməni hərbçiləri əraziləri minalardan təmizləyir və aşkar edilən minalar partladılır”, - Sərkisyan yazıb.

Tarix
2025.05.06 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi

İlham Əliyev Davosda Andre Esteveslə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla