Yuxarı

Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto

Müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri və əlillərlə görüş təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, həmçinin 20 Yanvar şəhid ailələri və əlillər iştirak ediblər.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Rafiq Quluyev bildirib ki, 20 Yanvar xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, tariximizə qürur və şərəf günü kimi daxil olub. O vurğulayıb ki, faciəyə siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilə bilib və şəhid ailələrinin, əlillərin sosial müdafiəsi bu siyasətin tərkib hissəsi olaraq gücləndirilib.

Rafiq Quluyev qeyd edib: "Qanlı Yanvar hadisələrinin 36-cı ildönümünü qeyd edərkən arxada qalan tarixi unutmadan, bugünkü zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyada qüdrətli dövlətlərdən birinə çevrilib. Dövlətimizin əldə etdiyi uğurlar, sahib olduğu zirvələr və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canını Vətən uğrunda fəda edən şəhidlərimizin ruhunu şad edir. Əldə etdiyimiz bütün uğurların başlanğıcı həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə də yüz illər keçsə belə, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq."

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev isə bildirib ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrilib və dövlətimiz şəhid ailələri ilə əlillərə daim qayğı göstərir. O qeyd edib ki, Xətai rayonunda yaşayan şəhid ailələrinin və əlillərin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi və sosial problemlərinin həlli ilə bağlı konkret addımlar atılır.

Tədbirin sonunda şəhid ailələri və əlillərə ərzaq bağlamaları təqdim olunub. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

Tarix
2026.01.19 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi

İlham Əliyev Davosda Andre Esteveslə görüşdü

Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi

Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir

FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

Bu şəxslər Azərbaycana ekstradisiya edildi

Ruttenin müavini Azərbaycana gəlir

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla