Yuxarı

Övladları əlindən alınan ana uşaqlarına qovuşdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Övladları əlindən alınan ana uşaqlarına qovuşdu - Foto

Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub.

Axar.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı.

"Məsələ ilə bağlı daha sonra qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə - 116111 müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.

Qadının müraciəti əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilib, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil veriliblər.

Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır", - məlumatda bildirilib.

Qeyd edək ki, Gəncədə yaşayan iki uşaq anası 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının babası tərəfindən qaçırıldığından şikayətçi olmuşdu.

Tarix
2026.08.18 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla