Yuxarı

Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari

NATO rəhbərliyi, görünür, Rusiyanın və Çinin Tayvana və Avropaya eyni vaxtda müdaxiləyə başlayacağını artıq nəzərə alır. Çoxsaylı hərbi simulyasiyalar göstərir ki, belə bir ssenari baş verərsə, ABŞ bütün diqqətini Asiyaya yönəldəcək və Avropanı Rusiya ilə təkbətək qoyacaq.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşrində dərc olunan məqalədə bildirilib.

Nəşr diqqəti ona yönəldib ki, son vaxtlar NATO rəhbərliyinin ictimai çıxışlarında Avropa və Asiyanı eyni vaxtda əhatə edəcək genişmiqyaslı münaqişənin mümkünlüyü barədə xəbərdarlıqlar getdikcə daha çox səslənir. Xüsusilə, ötən ilin sonunda NATO-nun Baş katibi Mark Rutte Almaniya qəzetinə müsahibəsində Çinin Tayvana mümkün hücumunun Moskvanın Avropadakı fəaliyyəti ilə koordinasiya oluna biləcəyini ehtimal etmişdi. Onun sözlərinə görə, Pekin Rusiya ilə tərəfdaşlığından istifadə edərək Qərbin diqqətini Asiya cəbhəsindən yayındırmağa cəhd göstərə bilər.

Vurğulanıb ki, bu ssenari ilə bağlı ən ətraflı araşdırmalardan birini Praqada yerləşən Avropa Təhlükəsizlik və Dəyərlər Siyasəti Mərkəzi hazırlayıb. Mərkəzin direktoru Yakub Yanda bildirib ki, təşkilatın Tayvanda nümayəndəliyi 2022-ci ilin yanvarında açıldıqdan sonra “iki cəbhəli müharibə” adlandırılan ssenarinin mümkünlüyünü araşdırmağa başlayıb. Həmin vaxt Moskva və Pekinin koordinasiyalı fəaliyyət göstərəcəyi ehtimalı az görünürdü.

“Vəziyyət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından cəmi bir ay sonra dəyişdi. Vladimir Putin Ukraynada müharibənin başlamasından üç həftədən də az müddət əvvəl Pekinə səfər etmişdi. O vaxtdan bəri Putin daha bir neçə dəfə Çinə səfər edib və növbəti səfəri noyabr ayına planlaşdırılıb. Bu müddət ərzində Çin Rusiya müdafiə sənayesi üçün əsas texnologiya tədarükçülərindən birinə çevrilib və neft-qaz alışları vasitəsilə Rusiya iqtisadiyyatına dəstək verib. Eyni zamanda, hər iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir”, - nəşr qeyd edib.

Tarix
2026.08.18 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla