Yuxarı

FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Nazirliyin məsul əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun oğlu Əbulfəz Xanməmmədov və “Uğurlu Yol” qəzetinin təsisçisi jurnalist İlyas Rzayev iştirak edib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verməsindən 36 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib.

Sovet rəhbərliyinin cinayətkar əməllərinə etiraz edən Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 21 yanvar tarixində repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Bildirilib ki, Dahi Rəhbərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşdırılıb və həmin kateqoriyadan olan şəxslər bu gün də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

Sonda qanlı yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Tarix
2026.01.19 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Zəngilanda yaşayış kompleksinin açılışını etdi

Azərbaycana qarşı revanşist düşüncəli şəxslər... - Nazir

İran bunu araşdıracağını vəd edib - Bayramov

İlham Əliyev Fitsoya cavab yazdı: Əziz Robert...

Heydər Əliyev Azərbaycanı memar kimi yenidən qurdu

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla