Yuxarı

Şəkidə qadının ağlasığmaz boşanma fəndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki sakini 32 yaşlı Nigar Məhəmmədli aldadıldığını iddia edərək həyat yoldaşı Sabirabad sakini 34 yaşlı Qəhraman Qəhrəmanovdan ayrılmaq üçün ağlasığmaz üsula əl atıb.

Xəzər xəbər-in məlumatına görə, Nigar əvvəlcə həyat yoldaşına şəhərdə ona oxşayan başqa bir qadının olduğunu deyib.

Bir müddət sonra isə əri ilə bazarda qarşılaşanda özünü ona oxşayan qadın kimi təqdim edib. Bu, tərəflər arasında mübahisəyə səbəb olub. Səs-küyə gələn polis əməkdaşları cütlüyü şöbəyə aparıb. Dindirilmə zamanı Nigar Məhəmmədlinin yalan danışdığı məlum olub.

Qəhrəman Qəhrəmanov utanaraq üzünü bağlasa da, arvadı ondan ayrılmaq istədiyini, əsəbiləşərək belə etdiyini və məqsədinin ərinin başqa qadınla əlaqəsini üzə çıxarmaq olduğunu deyib.

Gənc qadını hadisə yerindən uzaqlaşdırmağa cəhd edən taksi sürücüsü Şəki Məmmədov da dindirilib. O, Nigar Məhəmmədlini tanımadığını, müştəri kimi maşına mindiyini deyib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Saxlanılan Nigar Məhəmmədlinin bir vaxtlar şou xarakterli verilişlərin birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat pul aldığı da bəlli olub.

Tarix
2016.06.11 / 09:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla