Yuxarı

Azərbaycanda ana və ata rolları dəyişib - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ana və ata rolları dəyişib - Həkim

Müasir dövrdə Azərbaycandakı ailə modeli bir sıra dəyişikliklərə uğrayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova “Ailə modeli: çətinliklər və həllər” mövzusunda danışarkən bildirib.

Onun sözlərinə görə, həmin dəyişikliklərdən birincisi ana və atanın rolunun dəyişməsidir:

“Bu da ailəyə yaxşı təsir göstərmir. Halbuki hər bir ailə fərdinin ailədə öz rolu var. Amma bu o demək deyil ki, ata işdən gəlibsə, mütləq dincəlməli, ana isə evə gəldikdən sonra dərhal ev işləri ilə məşğul olmalıdır. Çünki uşaq evdə ananın iş gördüyünü, atanın isə işləmədiyini görsə, bu, onun gələcək həyatı üçün pis örnək olacaq”.

L.Bəşirova eyni zamanda başqa dəyişikliklərdən də söz açıb:

“Hazırda ölkədə çoxuşaqlı ailələr azdır. Bununla yanaşı, əvvəlki dövrlə müqayisədə bu gün qadınlar da işləyir, avtomobil də sürür. Keçmiş Azərbaycan ailə modelində isə bunlar yox idi. Həmçinin indi ailə psixoloqlarına müraciət də artıb, daha çox canlı seanslara üstünlük verilir və bu, effektivdir”.

Xatırladaq ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Tarix
2025.05.14 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla