Yuxarı

Saleh Səmədovun yerinə o gətirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saleh Səmədovun yerinə o gətirildi - Foto

İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Məlumata görə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevin tapşırığı ilə Şuranın Aparat rəhbəri Ramin Həsənlinin başçılığı altında İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib.

İclasda çıxış edən Ramin Həsənli Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qərarda bildirilir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti təşkilatın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilir və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılır.

Qeyd edək ki, İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ictimaiyyət, eləcə də Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ağsaqqala yaraşmayan bir hərəkət kimi ciddi şəkildə qınanılıb. Saleh Səmədovun bu hərəkətini qəbuledilməz hesab edən Şuranın İdarə Heyəti bu cür atributlardan istifadənin təşkilatın Nizamnaməsinə, mövqeyinə, fəaliyyətinə, eləcə də milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirərək onu sədr vəzifəsindən azad edib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən kənarlaşdırıb.

Tarix
2025.05.14 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla