Yuxarı

Bu məktəbdə Son zəng çalınmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məktəbdə Son zəng çalınmayacaq

Gəncə şəhəri 34 saylı orta məktəbdə bu il Son zəng tədbiri olmayacaq.

Bu barədə Axar.az-a məktəbdən məlumat verilib.

Bildirilib ki, qərar mayın 12-si axşam saatlarında döyülərək qətlə yetirilən məktəbli Elgün İbrahimovun xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.

“Yalnız rəsmi hissə keçiriləcək. Bədii hissə baş tutmayacaq. Tədbirdə Elgünün fotosundan ibarət kollaj nümayiş olunacaq. Ailə üzvlərinin iştirak edib-etməyəcəyi barədə hələlik məlumat yoxdur. Onlar hazırda elə vəziyyətdədirlər ki, iştirak edə biləcəklərmi, bilmirik. Amma məktəb olaraq Elgünün xatirəsini anacağıq”, - məktəbdən bildirilib.

Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimov küçədə amansızcasına döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxs və şəxslərin axtarışını davam etdirir.

Tarix
2025.05.16 / 13:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla