Yuxarı

Məmurlar bunu edəndə cərimələnəcək – Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasının gündəliyində maraqlı məsələlər var. Onlardan biri İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdir. Bu dəyişiklik vətəndaşların müraciətlərinə baxılması zamanı dövlət orqanları və vəzifəli şəxslərin yol verə biləcəyi laqeydliyin və süründürməçiliyin aradan qaldırılmasına yönəlib.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov yazıb.

Ərşad Hüseynov bildirib ki, bu dəyişiklik Milli Məclisin iclasında qəbul edilərsə, məmurlar süründürməçiliyə görə cərimələnəcək:

"Dəyişiklik qüvvəyə mindikdən sonra vətəndaşların müraciətlərinin qəbul edilməməsinə, vətəndaşların müraciətlərinin baxılması üçün şikayət edilən orqanın və ya onun vəzifəli şəxslərinin özlərinə göndərilməsinə, vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə, habelə müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar 100 manat məbləğində cərimə olunacaq. Bunu edən hüquqi şəxslər isə 200 manat məbləğində cərimələnəcək. Amma yeni norma müraciətə vaxtında cavab verilməməsinə görə məsuliyyət müəyyən etmir".

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Tarix
2016.06.14 / 11:20
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla