Yuxarı

21 ilin hava analizi: ən isti may nə vaxt olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
21 ilin hava analizi: ən isti may nə vaxt olub?

Son 21 il ərzində ən isti may ayı 2012 və 2014-cü illərdə müşahidə edilib. Həmin vaxt havanın orta aylıq temperaturu Bakıda 21,3 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 3,2 dərəcə yüksək olub.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

“May ayında ən isti gün isə 2001-ci il mayın 14-də qeydə alınıb ki, bu zaman Bakıda havanın temperaturu 36,5 dərəcəyədək yüksəlib. Bundan əlavə olaraq, 2023-cü il mayın 30-da Sumqayıtda 39,7, Maştağada isə 38,6 dərəcə isti qeydə alınıb və bununla da may ayı üçün olan mütləq maksimum göstəricilər yenilənib.

Cari ilin may ayının ötən dövrü ərzində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29,9, Aran rayonlarında 32,7, Naxçıvan MR-da 35.8 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, dağlıq rayonlarda isə 0 dərəcəyə yaxın olub”, - Abbasova qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə ayrı-ayrı dövrlərdə Aralıq dənizindən siklonların keçməsi ilə əlaqədar hava şəraiti qeyri sabit keçib, bəzi ərazilərdə yağıntıların miqdarı aylıq normadan çox olub. Bəzi günlərdə soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində yüksək dağlıq ərzilərdə qar yağıb. Ümumilikdə, may ayının ötən dövrü ərzində 17 dəfə dolu hadisəsi qeydə alınıb.

Tarix
2025.05.23 / 17:41
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla