Yuxarı

Çaylarımızda daşqınlara səbəb nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda çaylarda daşqınların baş verməsinin əsas səbəblərindən biri onların yataqlarının ya təmizlənməməsi, ya da çox az təmizlənməsidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadənin sözlərinə görə, əsas məsələ daşqınların vurduğu ziyanın qarşısını almaq yox, daşqınların baş verməsinin səbəblərini aradan qaldırmaqdır. Bunun üçün dağ, dağətəyi, düzənlik, dağətəyi düzənliklərdə olan çayların yataqları daim təmizlənməli, bütün çaylarda, xüsusilə yaşayış məntəqələrindən keçən çaylarda profilaktik meliorativ tədbirlər görülməlidir.

O qeyd edib ki, çaylarda daşqınların baş vermə ehtimalını azaltmaq üçün tədbirlər görülsə də, bunlar kifayət qədər deyil:

"Azərbaycanda bu tədbirlər demək olar ki, görülmür. Bu tədbirlər çox cüzi sayda - 1-2 sel təhlükəsi olan çayda həyata keçirilir. Çay dərələri hər il gətirilmə süxurlarla dolur. Buna görə də çayların suburaxma qabiliyyəti azalır, nəticədə çay asanlıqla sahildən çıxıb ətraf sahilləri basır. Bunların baş verməməsi üçün çay dərələrini təmizləmək lazımdır ki, çay axını üçün yol açılsın. Amma ölkədə bu tədbirlər demək olar ki, həyata keçirilmir. Əgər bu tədbirlər görülsə, çayın su buraxma qabiliyyəti artar".

E.Əlizadənin sözlərinə görə, İsmayıllıdakı Dəvəbatan çayında da iyunun 12-də daşqının baş verməsinin səbəbi çay yatağının demək olar ki, dolması, həmin çay dərəsinin çox hissəsinin insanlar tərəfindən mənimsənilməsi, əkin işlərinin aparılmasıdır. Bütün bunların təsirindən 12 kənd suyun altında qalıb.

Alim qeyd edib ki, çayın yaşayış məntəqələrini yumasının qarşısını almaq üçün çay dərələrində, xüsusilə çayın yaşayış məntəqəsindən keçən hissəsində dərəni möhkəmlətmək, orada qoruyucu beton divarlar çəkmək lazımdır.

Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə əlavə edib ki, bu tədbirlərin görülməsi daşqınların vurduğu ziyanın dəyərindən 10 dəfə ucuz başa gəlir.

Tarix
2016.06.15 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla