Yuxarı

Dərsliklər il başa çatmamış niyə yığılır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərsliklər il başa çatmamış niyə yığılır? - Ekspert

Məktəblərdə dərs ili rəsmi olaraq başa çatmamış, dərs vəsaitlərinin – xüsusilə də IX və XI sinif şagirdlərinin istifadə etdiyi dərsliklərin – qəbul imtahanlarına az qalmış yığılması halları son illərdə tez-tez müşahidə olunan ciddi struktur boşluqlarından biridir. Bu vəziyyət həm pedaqoji, həm də idarəetmə baxımından sistemsizlik və planlaşdırma zəifliyini ortaya qoyur. Dərs vəsaitlərinin erkən yığılması abituriyentlərin yeganə rəsmi mənbəyə çıxışını kəsir, tədris imkanlarını məhdudlaşdırır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, dərsliklərin vaxtından əvvəl yığılması hüquqi baxımdan da suallar doğurur:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.1-ci maddəsinə əsasən, tədris planları və tədris ili müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu müddət ərzində dərs prosesi tam şəkildə təmin edilməlidir. Şagirdlərin dərs ili başa çatmamış tədris vəsaitlərindən məhrum edilməsi konstitusion təhsil hüququna ziddir. Əgər dərs vəsaitləri toplanırsa, bu o deməkdir ki, dərs prosesi faktiki olaraq başa çatıb. Bu zaman məktəbə gələn şagirdlər dərsdə yalnız formal iştirak edir, yeni mövzu keçmək və ya əvvəlkiləri təkrar etmək üçün resursları olmur. Bu isə məktəbin real öyrənmə platforması funksiyasını itirməsi deməkdir. Elm və Təhsil Nazirliyi dərsliklərin dövriyyəsi ilə bağlı vahid və məcburi icra olunmalı təlimat hazırlamalı, bu sənəddə dərsliklərin yalnız dərs ili bitdikdən sonra və planlı şəkildə yığılması göstərilməlidir”.

Tarix
2025.05.30 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla